Polşalı məşhur qapıçı karyerasını bitirdi

İdman

27.08.2024 18:12

TodayPress xəbər verir ki, "Yuventus" klubunda çıxış etmiş Voytsex Şensnı futbolçu karyerasını başa vurub.

Qolkiper bu barədə şəxsi instaqram hesabında bildirib.

34 yaşlı futbolçu ailəsinə daha çox vaxt ayırmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, Voytsex Şensnı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinib. O, həmçinin İtaliyada "Roma", İngiltərədə isə "Arsenal" klubunun da şərəfini qoruyub.

Namiq HUN

tag: Qolkiper, Yuventus, Klub, Voytsex Şensnı, Turin, todaypress.az,