Polşalı hakimlərə iki il sınaq müddəti verildi

İdman

30.08.2024 13:36

Sərxoş halda tutulan polşalı futbol hakimləri cəzalandırılıblar. 

TodayPress xəbər verir ki, Polşa Futbol İttifaqının İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı cəzalandırıb.

Ədalət təmsilçiləri ictimai asayişi və davranış qaydalarını pozduqlarına görə tənbeh ediliblər. 

Hər iki hakim 25 min zloti məbləğində cərimə edilib. Referilər həmçinin 5 aylıq diskvalifikasiya olunublar. Onlara iki il sınaq müddəti verilib. Bu cür hallar yenidən təkrarlansa, cəzaları 1 illik olacaq.

Qeyd edək ki, Bartoş Frankovski və Tomaş Musial UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya) matçını idarə etməli idilər. Lakin onlar qarşılaşmadan əvvəlki gecə sərxoş halda polis tərəfindən saxlanılıblar. UEFA hakimləri başqaları ilə əvəz edib.

Namiq HUN

tag: Polşalı,Hakim,Sərxoş ,Bartoş Frankovski,Tomaş Musialı,UEFA ,Çempionlar Liqası,todaypress.az,