Polşalı “əlcək sahibi” mövqeyini qorudu

İdman

18.04.2025 16:40

5

Voytsex Şensnı “Barselona” klubunun əsas qapıçısı olmaqda davam edəcək.   

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik qarşıdakı oyunlarda da 35 yaşlı qolkiperə güvənəcək. 

Əsas heyətdə yer alan, lakin cari mövsümdə ciddi zədə ilə üzləşən Mark-Andre ter Şteqenin durumu düzəlməyə doğru getsə də, almaniyalı mütəxəssis polşalı qolkiperə üstünlük verməyi düşünür. 

Qeyd edək ki, Voytsex Şensnı oktyabr ayında karyerasını bərpa etdikdən sonra “Barselona”nın heyətində 23 oyuna çıxıb.

O, 12 matçda 21 qol buraxıb, 11 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb. 

Namiq HUN

tag: Voytsex Şensnı,Barselona,Qapıçı,Klub,Todaypress.az,