Polis Mbappe ilə bağlı araşdırmaya başladı
Fransa millisinin və "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe İsveçdə bir qıza təcavüz etməkdə günahlandırılır.
TodayPress "RMC Sport"a istinadən xəbər verir ki, İsveç polisi artıq məsələ ilə bağlı araşdırmaya başlayıb.
Hadisə 2024-cü il oktyabrın 10-da Stokholmun mərkəzin yerləşən oteldə baş verib.
Futbolçunun ətrafı ittihamı rədd edib.
Mbappe isə durumu şərh edərək, keçmiş klubu PSJ-nin işdə əli olduğuna işarə vurub.
Namiq HUN
tag: Fransa ,Real Madrid, Kilian Mbappe ,İsveç ,Təcavüz ,Polis, todaypress.az,