Polina Rəhimova “Osasko”ya qoşuldu
Voleybol üzrə Azərbaycan yığma komandasının hücumçusu Braziliyanın “Osasko” klubuna qoşulub.
TodayPress xəbər verir ki, milli üzvü yeni klubu ilə iyun ayında anlaşıb.
İndoneziyanın “Qresik Petrokimiya” klubunda çıxışdan sonra istirahətə yollanan voleybolçu yalnız indi “Osasko”nun heyətində ilk məşqə çıxıb.
Qeyd edək ki, Rəhimova daha əvvəl Braziliya liqasında iki mövsüm “Sesi Volley” klubunun şərəfini qoruyub.
Namiq HUN
tag: Azərbaycan, Voleybol, Komanda, Braziliya, Osasko, todaypress.az,