Pol və Tayson boks yarışlarından kənarlaşdırıldı

İdman

23.11.2024 11:57

Bloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson Texasda keçirdikləri mübahisəli döyüşdən sonra boks yarışlarından rəsmən kənarlaşdırılıblar.

TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, Texas Lisenziyalaşdırma və Tənzimləmə Departamentinin qaydasına görə, döyüşçülər hər raund üçün 3 gün istirahət etməlidirlər.

Pol və Tayson arasında döyüş 8 raund davam edib. Bu da hər iki boksçunun 24 gün ərzində yarışlardan kənarlaşdırılması mənasına gəlir.

Namiq HUN

tag: Ceyk Pol, Mayk Tayson, Texas, Türkiyə, Boks, todaypress.az,