Pol Taysona qalib gəldi

İdman

16.11.2024 10:11

Mayk Tayson - Ceyk Pol döyüşünün qalibi bəlli olub. 

TodayPress xəbər verir ki, 27 yaşlı Ceyk Polla 58 yaşlı Mayk Taysonun qarşılaşması dünyanın ən bahalı döyüşü kimi tarixə düşüb. 

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.

Ceyk Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub 79:73.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, Tayson peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu.

Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.

Tarixi döyüşün iştirakçıları hərəyə təxminən 20 milyon dollar qazanıblar. 

Namiq HUN

tag: Pol, Texas, Tayson, Döyüş, Qələbə, todaypress.az,