Pol qulaq yastığı ilə təhlükədən sığortalandı

İdman

15.11.2024 09:55

Amerikalı bloger və boksçu Ceyk Pol keçmiş dünya çempionu Mayk Taysonla döyüş ərəfəsində mətbuat konfransına xüsusi qulaq yastığı ilə gəlib.

TodayPress TMZ-ə istinadən xəbər verir ki, brilyant qaşlarla bəzədilmiş məhsulun dəyəri təxminən 200 min dollardır.

Pol Taysonun karyerasının revanş matçında Evander Holifildin qulağının bir hissəsini dişlədiyi məşhur epizoda yumoristik jestlə istinad edib.

Xatırladaq ki, Mayk revanş döyüşündəki xoşagəlməz hadisəyə görə diskvalifikasiya edilib və 3 milyon dollar cərimə olunub. Taysonun boks lisenziyası da əlindən alınıb.

Tayson və Pol arasında döyüş noyabrın 15-dən 16-na keçən gecə ABŞ-nin paytaxtı Vaşinqtonun Arlinqton rayonunda baş tutacaq.

Namiq HUN

tag: Ceyk Pol, Tayson, Mayk,ABŞ, Vaşinqton, todaypress.az,