Pol assist sayında NBA tarixinin ikincisidir
İdman
09.12.2024 16:08
"San-Antonio" klubunun heyətində yer alan Kris Pol Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox məhsuldar ötürmə edən ikinci oyunçu olub.
TodayPress xəbər verir ki, basketbolçu "Nyu-Orlean Pelikans”a qalib gəldikləri (121:116) qarşılaşmada göstəriciyə nail olub.
39 yaşlı Kris həmin görüşdə 10 assistlə yadda qalıb. NBA-da məhsuldar ötürmələrinin sayını 12099-a çatdıran Pol bu göstəricidə keçmiş basketbolçu Ceyson Kiddi (12091) arxada qoyub.
Qeyd edək ki, 15806 assist rekordu sabiq basketbolçu Con Stoktona məxsusdur.
Namiq HUN
tag: NBA, Məhsuldar ,Oyunçu ,Basketbol, todaypress.az,