Poçettino ABŞ millisi ilə anlaşdı
İdman
11.09.2024 10:28
Maurisio Poçettino futbol üzrə ABŞ millisinin yeni baş məşqçisi təyin olunub.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının saytı məlumat yayıb.
52 yaşlı argentinalı mütəxəssis millini 2026-cı il dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, Poçettinonun son iş yeri İngiltərənin “Çelsi” klubu olub. O, 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi “zadəganlar”ı çalışdırıb.
Namiq HUN
tag: Poçettino, ABŞ,İngiltərə, Çelsi ,Çempionat, todaypress.az,