Pley-offun bütün iştirakçıları bəlli oldu
Basketbol üzrə Avropa Liqasında pley-offda mübarizəni davam etdirəcək bütün klubların adlarına aydınlıq gəlib.
TodayPress xəbər verir ki, pley-indəki uğur sayəsində son iki vəsiqəyə “Real” və “Paris” klubları sahib çıxıblar.
Fransa təmsilçisi pley-offda “Fənərbağça” klubuna rəqib olub. Türkiyənin güclü səkkizliyə adını yazdıran “Anadolu Efes” klubu isə bu mərhələdə “Panatinaikos”la münasibətlərinə aydınlıq gətirəcək. Yunanıstanın digər təmsilçisi, “Olimpiakos” “Real”la qarşılaşacaq. Sonuncu cütlüyü “Monako” və “Barselona” klubları təşkil ediblər.
Pley-off seriyası 3 qələbəyədək davam edəcək. Oyunlara aprelin 22-də start veriləcək.
“Dördlər Finalı” ilk dəfə Avropadan kənarda, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunacaq. Həlledici oyunlar mayın 22-25-də baş tutacaq.
Namiq HUN
tag: Basketbol,Play-off,Avroliqa,klub,Todaypress.az,