Pley-off oyununda "Sabah" "Sərhədçi"yə qalib gəlib

İdman

18.04.2025 23:10

9

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Sabah" "Sərhədçi"yə qalib gəlib.

TodayPress xəbər verir ki, tərəflər arasında Bakı İdman Sarayında baş tutan ilk matçda "bayquşlar" 90:64 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, pley-offun əvvəlki görüşlərində "Şəki" "Gəncə"yə 85:84, Neftçi” isə "Ordu"ya 93:84 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunları aprelin 19-da başa çatacaq.

tag: Azərbaycan Basketbol Liqası,Sabah, Sərhədçi, Bakı, Bayquşlar, todaypress.az,