“Play-off”a yüksələn Türkiyə millisi 15 milyona yaxın qazanc əldə etdi
İdman
28.06.2024 12:30
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatdı.
TodayPress xəbər verir ki, UEFA-nın turnirdən əvvəl açıqladığı pul mükafatına əsasən, Türkiyə millisi Avro-2024-də indiyədək 14 milyon 250 min avro gəlir əldə edib.
Qeyd edək ki, UEFA Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarışa qatılan hər milli üçün 9.25 milyon avro ayırıb. Qrupdakı qələbəyə görə komandalara 1.5 milyon, heç-heçə üçün isə 750 min avro mükafat verilib.
Türkiyə millisinin F qrupundan qazancı 3 milyon avro təşkil edib.
Bu göstəricidə ən çox qazanc, B qrupunu mütləq nəticə ilə bitirən İspaniya millisinə məxsusdur, 4,5 milyon avro.
A qrupundan pley-offa lider kimi yüksələn Almaniya isə büdcəsini 3,75 milyon avro zənginləşdirib.
Türkiyə kimi, İngiltərə, Portuqaliya, Avstriya, Fransa və İsveçrə də qrup mərhələsindən 3 milyon avro gəlir əldə ediblər.
Onuda əlavə edək ki, 1/8 finala yüksələn komandalar əlavə 2 milyon avro da qazanıb.
Qeyd edək ki, pley-off mərhələsində baş tutacaq Türkiyə - Avstriya ilə qarşılaşması iyulun 2-də saat 23:00-da başlayacaq.
Namiq HUN
tag: Türkiyə, Millisi, AVRO 2024, Avstriya, Portuqaliya, Fransa, todaypress.az,