Platini VAR-dan danışdı

İdman

18.11.2024 17:45

UEFA-nın sabiq prezidenti Mişel Platini video köməkçi hakim (VAR) sisteminə münasibətindən danışıb.

TodayPress xəbər verir ki, funksioner VAR-dan hansı halda istifadə etmək istədiyini açıqlayıb. 

“Mən VAR-ın əleyhinəyəm, o, düzgün işlər görmür. Ondan ancaq ofsayd üçün istifadə edərdim. Qayda pozuntularına icazə verərdim ki, hakimlər qərar versinlər” Platini deyib.

Mişel Platini 2007-2016-cı illərdə UEFA prezidenti olub.

Namiq HUN

tag: UEFA, Prezident, VAR, Platini, todaypress.az,