Pirlo “Sampdoriya” ilə vidalaşdı
İdman
29.08.2024 16:20
İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.
TodayPress xəbər verir ki, məşqçi B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, 45 yaşlı mütəxəssisin çalışdırdığı kollektiv ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparıb. "Sampdoriya" çempionatı 55 xalla 7-ci pillədə başa vurub.
Namiq HUN
tag: İtaliya, Sampdoriya, Klub, Andrea Pirlo, Salernitana, Mütəxəssis, todaypress.az,