Pike məhkəmə qarşısına çıxdı

İdman

15.03.2025 11:02

2911

“Barselona” klubunun sabiq müdafiəçisi Jerar Pike Səudiyyə Ərəbistanının İspaniya Superkubokuna ev sahibliyi etməsi ilə bağlı korrupsiya ittihamlarını rədd edib.   

TodayPress “El Pais”ə istinadən xəbər verir ki, 2019-cu ilin sentyabrında İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Superkubokunun bu ölkədə keçirilməsi üçün Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayıb. 

Sövdələşmənin dəyəri 264 milyon avro təşkil edib. Məbləğin 24 milyon avrosu Pikenin rəhbərlik etdiyi “Kosmos” vasitəçi agentliyinə gedib.   

Məhkəmə komissiyanın həcminə görə cinayət tərkibinin olması qənaətinə gələrək Pikeyə qarşı ittiham irəli sürüb. 

Sabiq futbolçunun müdafiəsi Səudiyyə Ərəbistanı ilə müqavilənin Pike sayəsində imzalandığını və ödənişlərin bu cür sövdələşmələr üçün adi hal olduğunu bildirib.

İclasın sonunda məhkəmədən son söz istəyən Pike bu işin onun nüfuzuna xələl gətirdiyindən şikayətlənib.   

Namiq HUN

tag: Pike,Futbol,Məhkəmə,MÜqavilə,Todaypress.az,