Pike: “Bütün yerli liqalara deməliyik ki, komanda sayını azaldın”

İdman

19.10.2024 23:15

Futbol təqviminin sıxlığından şikayətlənənlərin sayı durmadan artır.

TodayPress “Footmercato”ya istinadən xəbər verir ki, narazılar sırasına İspaniya millisi və “Barselona”nın sabiq futbolçusu Jerar Pike də qoşulub. 

O, nəşrə müsahibəsində deyib: 

“Oyun sayı həddindən artıq çoxdur. İndi biz futbolçuların necə zədələndiklərini görürük. Üç gündən bir matç keçirilir, yayda isə dincəlməyə vaxtımız olmur. Düşünürəm ki, bütün yerli liqalara deməliyik ki, komanda sayını azaldın. 20 komanda əvəzinə, 16 klubla yarışlar keçirilsin.

UEFA-dan isə Millətlər Liqasını niyə yaratdıqlarını soruşmaq istəyirəm? Ona baxmaq da çətindir. Eyni sözləri FİFA-ya klublararası dünya çempionatı ilə bağlı deyərdim. Futbol naminə düşünürəm ki, daha az matç, lakin daha çox premium və eksklüziv oyunlar keçirmək yaxşı olardı. İzdihamı əyləndirmək daha asan olardı və matçlar azalardı” Pike bildirib.

Namiq HUN

tag: İspaniya, UEFA, Millətlər Liqası, FİFA, Komanda, todaypress.az,