Piastri Səudiyyə Ərəbistanı Qran prisinin qalibi oldu
“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran prisinin qalibi olub.
TodayPress xəbər verir ki, Ciddə yarışında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ikinci, “Ferrari” komandasının monakolu drayveri Şarl Lekler isə üçüncü yeri tutublar.
Pilotların sıralamasında Piastri beş mərhələdən sonra 99 xalla liderdir. “McLaren”in britaniyalı pilotu Lando Norris liderdən 10 xallıq geriləmə ilə ikincidir. İlk üçlüyü 87 xalla Ferstappen tamamlayır.
Konstruktorların çempionatında “McLaren” komandası 188 xalla turnir cədvəlinə başçılıq edir.
Namiq HUN
tag: Formula 1,Səudiyyə Ərəbistanı,Oskar Piastri,Qalib,Todaypress.az,