Piastri: "Formula 1" üzrə Azərbaycan Qran-prisi mənim üçün xüsusi oldu”

İdman

16.12.2024 17:35

"Formula 1" üzrə dünya çempionatında çıxış edən “McLaren” komandasının pilotu Oskar Piastri cari mövsümdə Azərbaycan və Macarıstan Qran-prisinin onun üçün xüsusi olduğunu bildirib.

TodayPress xəbər verir ki, avstraliyalı sürücü bu barədə "Race Fans"a açıqlama verib.

Piastri Monako, Montsa (İtaliya) və Spadakı (Belçika) yarışları da fərqləndirib:

"Formula 1"dəki iki mövsümdən sonra məni hələ də qarşıda çox sürprizlər gözləyir. Gələcəyə səbirsizliklə baxıram".

Qeyd edək ki, Oskar Piastri Bakıdakı yarışla yanaşı, cari mövsümdə Macarıstan Qran-prisinin də qalib olub. Avstraliyalı pilot mövsümü fərdi sıralamada dördüncü sırada başa vurub.

Namiq HUN

tag: Bakı,Montsa, Beliçka, Formula 1, todaypress.az,