Piastri əsas yarışı da ön sırada bitirdi

İdman

23.03.2025 13:40

2366

Oskar Piastri “Formula-1” üzrə dünya çempionatının Çin Qran-prisinin qalibi olub. 

TodayPress xəbər verir ki, McLaren komandasının avstraliyalı pilotu Şanxay trasında Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində bütün rəqiblərini üstələyib. 

Onun komanda yoldaşı, britaniyalı Lando Norris finişə ikinci çatıb. İlk üçlüyü isə Mercedes komandasının britaniyalı pilotu Corc Rassel tamamlayıb.

Aston Villada çıxış edən ispaniyalı Fernando Alonso əyləc nasazlığı səbəbindən yarışı erkən bitirib.

Qeyd edək ki, Şanxay uğuru Piastrinin “Formula-1”də üçüncü qalibiyyətidir. Oskar daha əvvəl ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran-pri mərhələlərində qələbə qazanıb. 

“Formula-1” üzrə növbəti Qran-pri yarışı aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.

Namiq HUN

tag: Oskar Piastri,Formula 1,Mclaren,Qran pri,todaypress.az,