Piastri Braziliya Qran-prisinə qələbə ilə başladı
İdman
02.11.2024 09:16
Braziliya Qran-prisində sprint yarışının sıralama turunu ilk pillədə başa vuran pilot məlum olub.
"Formula 1" üzrə dünya çempionatının Braziliya Qran-prisində sprint yarışının sıralama turunun qalibi məlum olub.
TodayPress xəbər verir ki, “McLaren” komandasının pilotu Oskar Piastri yarışı ilk pillədə bitirib.
İlk üçlüyü Norris və “Ferrari”nin pilotu olan Şarl Lekler tamamlayıb.
Qeyd edək ki, Braziliya Qran-prisində əsas yarış noyabrın 3-də keçiriləcək.
Namiq HUN
tag: Braziliya, Qran-Pri, Formula 1, McLaren, Oskar, todaypress.az,