Pevtsov hələ də Olimpiya startını gözləyir
Paris Olimpiadasında triatlon yarışı yenidən təxirə salınıb.
TodayPress xəbər verir ki, Rostislav Pevtsovun iştirak edəcəyi yarış qeyri-müəyyən vaxta keçirilib.
Buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır. Yarışın Təşkilat Komitəsinin, Dünya Triatlonunun və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri təxirə salınma barədə qərar verib.
Qeyd edək ki, kişilər arasında triatlon yarışı əvvəlcə iyulun 30-da başlamalı idi. Sonradan start iyulun 31-ə təyin edilmişdi.
Namiq HUN
tag: Paris, Dünya, Olimpiya, Rostislav Pevtsov, Triatlon, todaypress.az,