Pevtsov Fransa Qran-prisində ikinci oldu

İdman

10.09.2024 13:20

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov Fransada keçirilən komanda çempionatında iştirak edib.

TodayPress xəbər verir ki, o, "Les Sables" klubunun heyətində Qiberon Qran-prisində bacarığını göstərib. 

Pevtsovun şərəfini qoruduğu komanda Qiberon yarışını ikinci yerdə bitirib. 

Qeyd edək ki, bu, triatlonçumuzun Paris Olimpiadasından sonra ilk turniridir.

Namiq HUN

tag: Azərbaycan, Triatlon, Rostislav Pevtsov, Fransa, Paris ,todaypress.az,