Pevtsov dünya reytinqində bir pillə gerilədi
Dünya Triatlonu idmançıların yeni reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov həftəsonu yarışların nəticəsinə əsasən tərtib edilən siyahıda geriləyib.
Valensiyada keçirilən Dünya kubokunda 20-ci yeri tutan milli üzvü bir pillə düşüb.
Hazırda üçqat Olimpiya iştirakçısı 68-ci yerdədir.
Dünya reytinqinin lideri Mattye Hauzerdir (Avstraliya). Leo Berjere (Fransa) ikinci, Hayden Uayld (Yeni Zelandiya) isə üçüncü yerdədir.
Namiq HUN
tag: Dünya ,Azərbaycan ,Mattye Hauzer, Avstraliya ,Fransa ,todaypress.az,