Petr Çexi icarəyə verdilər

İdman

21.08.2024 12:38

Futbol üzrə Çexiya millisinin, "Çelsi" və "Arsenal" klublarının sabiq qolkiperi, hazırda xokkeyçi olan Petr Çex komandasını dəyişib.

TodayPress xəbər verir ki, idmançı "Belfast Giants" klubuna qayıdıb.

Petr müqavilə ilə "Oksford Siti Stars"a məxsusdur. 

2019-cu ildən xokkeyçi kimi fəaliyyət göstərən Çex daha əvvəl də "Belfast Giants"da oynayıb.

Qeyd edək ki, 42 yaşlı Petr futbolçu karyerasına 1999-cu ildə başlayıb. O, 2019-cu ildə futbolla vidalaşıb. Çexin son klubu "Arsenal" olub.

Namiq HUN

tag: Oksford, Petr, Arsenal,Belfast Giants, Çelsi, todaypress.az,