Petit: “Holandın ambisiyaları pulla bağlı deyil”

İdman

24.09.2024 15:53

Fransa millisinin heyətində dünya və Avropa çempionu, “Çelsi”nin keçmiş oyunçusu Emmanuel Petit “Mançester Siti”nin hücumçusu Erlinq Holandın Səudiyyə Ərəbistanına getməməsinin səbəbini açıqlayıb.

TodayPress xəbər verir ki, o, hadisələrin necə inkişaf etməsindən asılı olaraq Erlinq Holandı bir gün Səudiyyə Ərəbistanında görə biləcəyini düşünür. 

“Holand Norveç millisində tarix yaza bilmədiyi üçün bunu klub səviyyəsində etməli olacaq və o, çox uzun müddət buna diqqət yetirəcək.

Erlinq Səudiyyə Ərəbistanına köçməyi düşünsə, buna pul səbəb olmayacaq. Onun ambisiyaları sadəcə pulla bağlı deyil və o, “Siti”də dolanışıq üçün deyil.

Holand hər oyunda rekordlar qırmaq istəyir və Səudiyyə Ərəbistanı ona 200 milyon funt-sterlinq təklif etsə belə, karyerasının sonuna yaxın olmasa, ayrılmaqdan imtina edəcək. Amma düşünürəmki, yaşlaşanda orada olacaq” Petit deyib.

Namiq HUN

tag: Norveç, Holand ,Səudiyyə Ərəbistan ,Fransa, Çelsi , Emmanuel Petit ,todaypress.az,