Perişiç Çempionlar Liqasının tarixinə düşdü

İdman

20.02.2025 13:10

1887

Niderlandın PSV klubunun futbolçusu İvan Perişiç UEFA Çempionlar Liqasının tarixinə düşüb.

TodayPress xəbər verir ki, yarımmüdafiəçi “Yuventus”a əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri pley-off mərhələsinin cavab matçında fərqlənməklə nail olub.

Səfərdə 1:2 hesabı ilə uduzduqları ilk görüşdə də rəqib qapısına yol tapan Perişiç Çempionlar Liqası turnirində ikili mübarizələrdə ardıcıl qarşılaşmalarda qol vuran ən yaşlı oyunçudur. 

Qeyd edək ki, xorvatiyalı orta xətt oyunçusu 36 yaş 17 günündə göstəricini müəyyən edib. 

Namiq HUN

tag: Niderland,PSV,İvan Perişiç ,UEFA ,Çempionlar Liqası,todaypress.az,