Perez əfsanənin “Real”dan getməsini istəyir
İdman
19.11.2024 16:10
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “Real Madrid”i tərk edə bilər.
TodayPress “Fichajes.net”ə istinadən xəbər verir ki, bunda şəxsən “kral klubu”nun prezidenti Florentino Perez maraqlıdır.
O, hücumçu Kilian Mbappenin komandanın şəksiz lideri olmasını və Modriçə məxsus olan 10 nömrəli formanı fransalı futbolçunun geyinməsini istəyir.
Qeyd edək ki, cari mövsümündə Luka Modriç klub səviyyəsində keçirdiyi 17 oyunda 3 məhsuldar ötürmə edib.
Transfermarkt portalında xorvatiyalı yarımmüdafiəçinin transfer dəyəri 6 milyon avro qiymətləndirilir. Modriçin “Real”la müqaviləsi yayda başa çatacaq.
Namiq HUN
tag: Kilian Mbappe, Luka Modriç, Real, Müqavilə,todaypress.az,