Pereyra UFC rekordunu qırdı
İdman
07.10.2024 16:50
Braziliyalı döyüşçü Aleks Pereyra 175 gün ərzində 3 dəfə Mütləq Döyüş Çempionatının (UFC) qalibi titulunu qoruyaraq rekorda imza atıb.
TodayPress xəbər verir ki, 37 yaşlı döyüşçü Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində keçirilən UFC 307 turnirinin əsas yarışında amerikalı Xəlil Rauntrini texniki nokautla məğlub edərək, üçüncü dəfə yüngül çəkidə titulunu qoruyub.
Daha əvvəl Pereyra aprelin 13-də Camal Hilli, iyunun 29-da isə İrji Proxazkanı nokaut edərək, ilk iki titul müdafiəsini qazanıb.
Qeyd edək ki, buna qədər UFC rekordçusu Ronda Rouzi idi. O, 189 gün ərzində 3 dəfə çempion titulunu müdafiə edib. Pereyraya Rouzinin nailiyyətini üstələmək müvəffəq olub.
Namiq HUN
tag: Brazilya,Aleks Pereyra,UFC,ABŞ,Xəlil Rauntri,todaypress.az,