Pereyra “Sportinq”dən qovula bilər

İdman

24.12.2024 10:37

“Sportinq” futbol klubunun baş məşqçisi Joao Pereyra istefaya göndərilmək təhlükəsi ilə üzləşib.

TodayPress xəbər verir ki, Portuqaliya təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən narazıdır.

Pereyranın təyinatından sonra “Sportinq” ölkə çempionatında keçirdiyi dörd qarşılaşmadan yalnız birində qələbə qazanıb. 40 yaşlı çalışdırıcının ilin sonuna qədər postundan ayrılması gözlənilir. 

Klub rəhbərliyi dekabrın 29-da onunla görüşüb müqaviləyə xitam verilməsinin detallarını müzakirə edəcək. 

Qeyd edək ki, Joao Pereyra noyabrın 11-də Lissabon təmsilçisinin sükanı arxasına keçib. O, “Mançester Yunayted”ə baş məşqçi təyin olunan Ruben Amorimi əvəzləyib.

Namiq HUN

tag: Pereyra ,Çempionat, Müqavilə ,Xitam, todaypress.az,