Peres yeni mövsümlə bağlı qərar verdi

İdman

27.12.2024 15:51

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti 2026-cı ilin yayına qədər postunda qala bilər.

TodayPress “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres bu seçimə üstünlük verir.

Futbol funksioneri Xabi Alonsonun “Bayer 04”lə müqaviləsinin 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulduğuna əsaslanaraq qərar verib. 

“Real” ispan məşqçini 2026-cı ilin yayında pulsuz əldə edəcək.

Namiq HUN

tag: Futbol, Müqavilə, Mövsüm, Peres, todaypress.az,