Peres “Red Bull”dan haqqını istədi

İdman

12.12.2024 11:37

Serxio Peres “Formual 1” üzrə “Red Bull” komandasından könüllü getməsi üçün fantastik məbləğ tələb edib. 

TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, “Formula 1” çempionu Niko Rosberq Peresin könüllü olaraq komandanı vaxtından əvvəl tərk etməsi üçün 16 milyon dollar almaq istədiyi barədə məlumat paylaşıb.

“Serxio Peres son zamanların əsas sirri olub: Formanı necə bu qədər itirmək olar? O, o qədər geridə qalıb ki, Maks Ferstappenin nəticəsinin onda birini çətinliklə əldə edə bilir, bu “Formula 1”də çox şeydir.

İndi hamı onun gedişindən danışır. Eşitdik ki, o, pulunu istəyir. Deməli, o qədər də asan getməyəcək. Deyilənlərə görə, 16 milyon dollar tələb edir. Hazırda bəzi hüquqi müzakirələr gedir. 

Namiq HUN

tag: Formula 1 ,Pul, Miyon, Red Bull ,todaypress.az,