Peres “Red Bull”dan ayrıldı

İdman

19.12.2024 10:00

“Formula 1” pilotu Serxio Peres “Red Bull” komandasını tərk edib.

TodayPress xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib.

Meksikalı pilotun Avstriya təmsilçisi ilə 1 illik müqaviləsinin olmasına baxmayaraq, tərəflər əməkdaşlığa son vermək qərarına gəliblər. O, son dünya çempionatında 8-ci yeri tutub.

Qeyd edək ki, Serxio Peres 2021-2024-cü illərdə “Red Bull” komandasının şərəfini qoruyub. O, ötən il mundialı 2-ci, 2022-ci ildə isə 3-cü pillədə başa vurub.

Namiq HUN

tag: Red Bull, Meksika, Qərar, Ayrıldı, todaypress.az,