Peres: “Çempionlar Liqasının yeni formatı ədalətsiz sistemdir”

İdman

25.11.2024 09:52

“Real Madrid” klubunun prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, o, bu sistemin ədalətsiz olduğunu söyləyib:

“Çempionlar Liqasının yeni formatı problemləri həll etmədi. Bu, ədalətsiz sistemdir. UEFA matçların sayını artırdı, lakin onların dəyəri əvvəlkindən daha az oldu”.

Qeyd edək ki, cari mövsümdən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. 

Namiq HUN

tag: Peres, Real Madrid, UEFA, Liqa, Çempionlar, todaypress.az,