Peres bu dəfə də rəqibsizdir
İdman
03.01.2025 13:56
“Real Madrid” klubunda prezidentliyə və İdarə Heyətinə növbəti seçkilər keçiriləcək.
TodayPress klubun rəsmi saytına istinadın xəbər verir ki, seçki prosesi yanvarın 7-də baş tutacaq.
“Real”ın hazırkı prezidenti Florentino Peresin və İdarə Heyətinin 13 aprel 2021-ci ildə başlayan səlahiyyət müddəti bu ilin aprel ayında başa çatacaq.
Peres iki dövr ərzində prezident vəzifəsində çalışıb. Onun fəaliyyəti 2000-2006-cı illər, daha sonra isə 2009-cu ildən bu günə qədər olan dövrü əhatə edir.
İspaniya mətbuatının məlumatına görə, Peres əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də rəqibsizdir və onun yenidən prezident seçiləcəyi gözlənilir.
Florentino Peres 2009, 2013, 2017 və 2021-ci il seçkilərində də bu vəzifəyə yeganə namizəd olub.
Namiq HUN
tag: Peres ,Vəzifə, Seçki, İspaniya ,todaypress.az,