Pepe futbolla vidalaşdı

İdman

09.08.2024 09:41

Portqaliyalı futbolçu Pepe peşəkar karyerasını başa vurub.

TodayPress xəbər verir ki, müdafiəçi 41 yaşında futbolla vidalaşıb.

2019-cu ildən "Portu"nun şərəfini qoruyan futbolçu 288 oyunda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. O, 2004-2007-ci illərdə də Portuqaliya nəhənginin formasını geyinib.

Pepe karyerası ərzində İspaniyada "Real Madrid", Türkiyədə isə "Beşiktaş" klubunun formasını geyinib. 

Qeyd edək ki, Pepe Avropa çempionatında Portuqaliya yığmasının heyətində 5 oyunda meydana çıxıb.

Namiq HUN

tag: Pepe, İspaniya, Real Madrid, Türkiyə, Portuqaliya, todaypress.az,