Pep “Siti” rəhbərliyinə şəxsən müraciət etdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən alman ulduzunun transferini istəyib.
TodayPress “Sportskeeda” istinadən xəbər verir ki, o, “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtsi komandasında görmək istəyir.
Qvardiola 150 milyon avro dəyəri olan futbolçunun transferi ilə bağlı “şəhərlilər”in rəhbərliyinə müraciət edib.
Mançester təmsilçisi yayda Almaniya millisinin üzvünü transfer etmək üçün hər varianta əl atacaq.
Qeyd edək ki, cari mövsüm Virts Leverkuzen təmsilçisinin heyətində 37 oyuna çıxıb. Onun aktivində 15 qol və 13 məhsuldar ötürmə var.
Namiq HUN
tag: Mançester Siti,Pep Qvardiola,Baş Məşqçi,Transfer,Florian Vils,Todaypress.az,