Pena heyətdəki yerini itirdi
İdman
09.01.2025 13:34
“Barselona” klubunun qolkiperi İnyaki Penanın İspaniya Superkubokunun yarımfinalında “Atletik”lə oyunda start heyətində yer almamasının səbəbi məlum olub.
TodayPress COPE nəşrinə istinadən xəbər verir ki, Pena start heyətdə meydana çıxmalı idi, lakin oteldə komandanın görüşünə bir neçə dəqiqə gecikib.
Nəticədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik qolkiperi cəzalandırmaq qərarına gəib. O, “Barselona”nın qapısını Voytsex Şesniyə tapşırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən qarşılaşma “Barselona” nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Filik ,Superkubok, Qolkiper ,Klub ,todaypress.az,