Pedro Rodriges “Roma”ya təşəkkür etdi
İdman
19.11.2024 11:40
“Latsio” futbol klubunun vingeri maraqlı açıqlama verib.
TodayPress xəbər verir ki, ispaniyalı ulduz futbollçu daha əvvəl formasını geyindiyi “Roma” klubuna onu “Latsio”ya satdığı üçün təşəkkür edib.
O, həmçinin “Latsio” ilə Avropa Liqasını qazanacağı təqdirdə fəvvarədə üzməyə söz verib:
“Roma”ya məni Romadakı əsas komandaya, yəni “Latsio”ya satdığı üçün minnətdaram. Təqaüdə çıxmamışdan əvvəl daha bir derbi qolu vurmağı və “Latsio” ilə kubok qazanmağı xəyal edirəm. Bu baş verərsə, mən Trevi fəvvarəsində üzəcəyəm”.
Qeyd edək ki, Pedro Rordiges 2021-ci ilin yayından “Latsio”da çıxış edir. Futbolçunun Roma klubu ilə müqaviləsi bu mövsümün sonuna kimidir.
Namiq HUN
tag: Roma, Latsio,Pedro Rordiges,Avropa, Liqa, todaypress.az,