Pedri “Barselona”dan təklif aldı
“Barselona” klubu futbolçusu Pedrinin gələcəyi ilə bağlı yekun qərarını verib.
TodayPress İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaq.
22 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2030-cu ilin yayınadək olacaq.
“Barselona”nın Pedri ilə uzunmüddətli müqavilə imzalamasını baş məşqçi Hans-Diter Flik istəyib. O, almaniyalı mütəxəssisin sistemində əsas oyunçudur.
Qeyd edək ki, Pedrinin “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm komandanın heyətində 25 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona, Müqavilə ,Pedri ,Oyunçu, todaypress.az,