Paytaxt derbisini "Sabah" qazandı

İdman

19.08.2024 09:17

Futbol üzrə Azərbaycan çempionatında III tura yekun vurulub.

TodayPress xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" "Sabah"la üz-üzə gəlib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonağların heyətində Amin Seydiyev və Coy Lens Mikels fərqləniblər. 

“Turan Tovuz” klubu 7 xalla Premyer Liqanın lideridir. İlk üçlüyü 6 xalla “Qarabağ” və “Zirə” komandaları təşkil edir. Aktivində 6 xalı olan “Sumqayıt” kvarteti tamamlayır. "Sabah" isə 4 xalla beşinci pillədə qərarlaşıb.

Namiq Nun

tag: Azərbaycan, Çempion, Turan, Zirə, Qarabağ, todaypress.az,