Paulinyo butslarını mismardan asdı
"Barselona" klubunun və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi karyerasını başa vurduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, Paulinyo bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
O, karyerasını son il yarımında "Korintians" klubunda oynayıb. 36 yaşlı futbolçu millidə keçirdiyi 56 matçda 13 qol vurub. Paulinyo Braziliya klubları ilə yanaşı, Avropada "Tottenhem" və "Barselona", eləcə də Çin, Səudiyyə Ərəbistanı təmsilçislərində oynayıb.
Namiq HUN
tag: Barselona,Braziliya,Milli,Komanda,Paulinyo ,Tottenhem,Korintians,todaypress.az,