Pauerliftinqçi 3 illik diskvalifikasiya olundu

İdman

01.04.2025 13:17

1451

Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev diskvalifikasiya edilib.   

TodayPress xəbər verir ki, buna idmançının dopinq qaydalarını pozması səbəb olub. 

Əliyevin orqanizmində S1 Anabolik Androgenik Steroidlər aşkarlanıb.  Pauerliftinqçi 36 aylıq idmandan kənarlaşdırılıb.

Ona tətbiq olunan sanksiya fevralın 19-dan hesablanmağa başlayıb. 

Namiq HUN

tag: Rəşad Əliyev,diskvalifikasiya,dopinq ,pauerliftinqçi,Todaypress.az,