Pastore futbolu təhsilə dəyişdi
İdman
09.12.2024 11:57
Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Pastore futbolçu karyerasını bitirdiyini rəsmən elan edəcəyi tarixi açıqlayıb.
TodayPress xəbər verir ki, “Milan News” məlumat yayıb.
“Meydana qayıtmağı planlaşdırmıram. Düşünürəm ki, 2025-ci ilin iyununa qədər futboldan ayrıldığımı rəsmən elan edəcəm. Hazırda mən təhsil alıram” Pastore bildirib.
35 yaşlı futbolçu Argentinanın “Talleres” klubunun yetirməsidir. Xavyer karyerası ərzində “Hurakan”, “Palermo”, PSJ, “Roma”, “Elçe” və Qətər klublarında oynayıb.
Yarımmüdafiəçi Argentina millisində 29 oyun keçirib və iki qol vurub.
tag: Milan , Futbol, Təhsil, Milli, todaypress.az,