“Partizani” “Qarabağ”ın hücumçusu ilə maraqlanır

İdman

04.12.2024 17:08

Qış fasiləsində “Qarabağ”dan ayrılacağı gözlənilən albaniyalı futbolçu Redon Cica ilə maraqlanan klublardan biri məlum olub.

TodayPress xəbər verir ki, hücumçunun xidmətində Albaniyanın “Partizani” klubu maraqlıdır.

Hücumçu axtarışında olan Tirana təmsilçisi 26 yaşlı təcrübəli oyunçunu heyətinə cəlb etməyi düşünür.

Cica daha əvvəl “Qarabağ”da az oyun şansı qazandığı üçün qışda komandanı tərk edə biləcəyini və Albaniya Superliqasına qayıdışının mümkün olacağını bildirmişdi.

Qeyd edək ki, Redon Cica “Qarabağ”a ötən ilin yanvar ayında Albaniyanın “Tirana” klubundan keçib. Onun Azərbaycan çempionu ilə 2026-cı il yayına qədər müqaviləsi var.

Namiq HUN

tag: Cica, Qarabağ, Rartizan, Albaniya, todaypress.az,