“Partizan” klubu Miloşeviçə tapşırıldı
İdman
28.09.2024 12:50
Belqrad nəhəngi “Partizan”ı bundan sonra Savo Miloşeviç çalışdıracaq.
TodayPress xəbər verir ki, o, baş məşqçi postunda 3 ayı belə tamam olmayan Aleksandar Stanojeviçi əvəz edib.
Bu barədə “Partizan” klubunun saytında məlumat verilib.
Savo Miloşeviçin son iş yeri Bosniya və Herseqovina yığma komandası olub. 51 yaşlı mütəxəssis 2024-cü ilin aprelindən sonra işsiz idi.
Qeyd edək ki, Miloşeviç daha əvvəl 2019-2020-ci illərdə “Partizan”a rəhbərlik edib.
7 oyunda 11 xal toplayan “Partizan” hazırda Serbiya çempionatının 9-cu komandasıdır.
Namiq HUN
tag: Partizan Klubu, Bosniya, Herseqovina ,Savo Miloşeviç ,Belqrad ,todaypress.az,