Parisdə verilən 220 medal geri qaytarıldı

İdman

01.03.2025 21:12

1566

2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub.

TodayPress xəbər verir ki, bu barədə Paris Zərbxanası məlumat yayıb. Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir.

Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir. Ən ciddi problem bürünc medallarda müşahidə olunur.

 

tag: Yay, Olimpiya, Medal, Paris, Bürünc, todaypress.az,