Parisdə Paralimpiya obyektlərinin təhlükəsizliyi təmin edilməyib

İdman

28.08.2024 15:46

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsun avtomobilinin tədbir üçün akkreditasiyası kartı oğurlanıb.

TodayPress xəbər verir ki, avtomobilin qapısı açıq qalıb, akkreditasiya kartı oğurlanıb və başqası ilə əvəzlənib.

Hadisədən sonra Paris 2024 avtomobillərinə məsul şəxs polis bölməsinə şikayət edib.

Bu vəsiqə bütün Paralimpiya obyektlərinə girişə və təhlükəsizlik yoxlamalarından keçməyə imkan verir. Kart Oyunlar zamanı cəmi 20 nəfərə paylanılıb.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarının açılışı mərasimi bu gün keçiriləcək.

Namiq HUN

tag: Paris 2024,Hadisə,Endryu Parsons,Beynəlxalq Paralimpiya Komitəsi, Prezident, todaypress.az,