Parisdə Olimpiada öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir

İdman

15.07.2024 16:36

Fransada yoxlamalardan sonra 3500-dən çox insanın Olimpiadada işləməsi qadağan edilib. 

TodayPress “The Telegraph”a istinadən xəbər verir ki, hökumət bir sıra inzibati yoxlamalardan sonra Parisdə keçiriləcək Olimpiya Oyunlarında işləmək üçün 3570 ərizəçini rədd edib. 

Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib ki, hökumət Fransanın milli təhlükəsizliyinə təhdidlər olub-olmadığını yoxlamaq üçün 770 min araşdırma aparıb. 3570 nəfərdən 130-u Fiche S siyahısında, hökumətin terrorizm və milli təhlükəsizlik şübhəliləri siyahısındadır və onlarla insanın radikal islamçılar, və ya ifrat sol və ifrat sağçılarla əlaqələri var.

Qeyd edək ki, polis və jandarmlar da daxil olmaqla 45.000-ə qədər təhlükəsizlik qüvvəsi yarış boyu Parisin hər yerində səfərbər olunacaq. XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Namiq HUN

tag: Fransa, Paris, Olimpiada, Cerald Darmen, Hökumət, todaypress.az,