Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi - YENİLƏNDİ
Fransanın paytaxtı Parisdə Yay
Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, tədbir
tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.
Sena çayı boyunca 6
kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri
və marşrut boyunca körpüləri nümayiş etdirilib.
Bundan başqa, 10 500 idmançı
Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun
ifasında Edit Piafın “Sevgidə himn” mahnısının müşayiəti ilə Teddi Riner və
Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb.
Açılış mərasimindəki paradda
Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev
daşıyıblar.
Qeyd edək ki, Azərbaycan
millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17
proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
***
21:32
Fransanın paytaxtı Parisdə
keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
TodayPress xəbər verir ki, tədbir
ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Mərasimdə 206 komandadan 10,5
min idmançı iştirak edir.
Açılışı təxminən 300 min
tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng
ekranlarda yayımlanır.
İştirakçılar 116 qayıq vasitəsilə
təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya
qurğularından yan keçəcəklər.
Açılış mərasimindəki paradda
Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev
daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
tag: Paris-2024,Yay Olimpiya Oyunları, Açılış mərasimi, Azərbaycan , todaypress.az,